İsgəndər Cavadovdan bədbin proqnoz: «Klublarımızın mərhələ keçəcəyinə inanmıram»

İsgəndər Cavadovdan bədbin proqnoz: «Klublarımızın mərhələ keçəcəyinə inanmıram»
ÖLKƏ FUTBOLU 23 İyun 2009 / 22:35 2389
-  A +

«Artıq bir neçə mərhələ keçmək və Azərbaycan futbolunun da inkişafda olduğunu sübut etməyin vaxtıdır». Bu sözləri Qol.Az-ın müxbiriylə söhbətində Avrokubokların püşkatmasıyla bağlı sualı cavablandıran ötənlərin ünlü futbolçusu İsgəndər Cavadov bildirb. O, bu il Avrokuboklarda iştirak edəcək bütün klublarımız üçün çətin olacağını deyib: «O fikirlə razılaşmıram ki, təkcə “Qarabağ”ın işi çətin olacaq. Klublarımızın hamısı üstünlük verib əcnəbilərə. Yerli futbolçular isə qalıb kənarda. Onlara da diqqət ayırmaq lazımdır. Onsuz da həmin əcnəbilərin səviyyəsini görürük. Şəxsən mən klublarımızın bu mövsüm uğurlu çıxış edəcəklərinə inanmıram. Düşünürəm ki, elə ilk mərhələdən mübarizəni dayandıracaqlar. Amma yenə də hamısına uğurlar arzulayıram».

Daha çox


Son xəbərlər