İlqar Qurbanov “Sivasspor”a qayıtdı

ÖLKƏ FUTBOLU 23 İyun 2009 / 17:26 2498
-  A +

İlqar Qurbanov müqaviləylə məxsus olduğu Türkiyənin “Sivasspor” klubuna qayıdıb. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində futbolçunun özü məlumat verib. Hazırda “Sivasspor”la birgə təlim-məşq toplanışında olduğunu deyən futbolçu, karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlmədiyini söyləyib: “Hazırda “Sivasspor”la birgə təlim-məşq toplanışındayam. Məşqlərdə iştirak edirəm. Hazırlıq prosesi Sivas şəhərində keçirilir. Amma buna baxmayaraq, “Sivasspor”da qalıb-qalmayacağım hələ məlum deyil. Klub rəhbərliyi və baş məşqçi Bülənt Uyqunla danışığım olacaq. Mən açıq şəkildə onlara demişəm ki, əgər komandaya lazımamsa, oynayacağamsa, qalım. Əks halda isə transfer vərəqimi verin, çıxım gedim. Təbii ki, hər bir futbolçu kimi mən də Çempionlar Liqasında oynamaq istəyirəm. Amma meydana çıxmayacağamsa, günümü ehtiyat oyunçular skamyasında keçirəcəyəmsə, qalmağın nə mənası var?”
İlqar Qurbanov onu da əlavə etdi ki, 2 klub xidmətində maraqlıdır: “Əgər “Sivasspor”da qalası olmasam, o zaman başqa kluba keçəcəyəm. Menecerimlə bu haqda danışığım olub. Mənə deyilib ki, 2 klub xidmətimdə maraqlıdır. Özü də hər ikisi Superliqa təmsilçisidir, iddialı klublardır. Təxminən 1 həftəyə gələcək karyeramla bağlı bütün suallara aydınlıq gələcək”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi