“Simurq”un Avroliqa üçün iştirak ərizəsi 90 faiz hazırdır

ÖLKƏ FUTBOLU 18 İyun 2009 / 11:46 3061
-  A +

“Simurq” dünən 5 futbolçunun transferini rəsmiləşdirməklə Avropa Liqası ərəfəsində heyətin komplektləşdirilməsi işini 90 faiz yekunlaşdırıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, daha bir neçə oyunçu ilə danışıqları davam etdirən klubun sıralarına bir və ya iki futbolçunu qatacağı da istisna deyil. “Simurq”la müqavilə bağlayan futbolçular isə artıq Avropa Liqası oyunları üçün nömrələrini seçiblər. Mixaylo Starostyakın gedişindən sonra "2", o cümlədən, "Simurq"da nədənsə ənənəvi olaraq, az müraciət olunan "6" və "16" indi də vakant sayılır. Yeni transferlərdən qolkiper Rauf Mehdiyev 44, Genadi Solonitsin 7, Aleksandr Şevelyuxin 8, Aleksandr Popoviç 10, Nikolay Petrov 21, Roman Axalkatsi isə 23 nömrəyə üstünlük veriblər. Tam siyahı aşağıdakı kimidir:

1. Taras Çopik
3. Rasim Ramaldanov
4. Aleksandr Malıgin
5. Sergey Sokolov
7. Genadi Solonitsin
8. Aleksandr Şevelyuxin
9. Elşən Məmmədov
10. Aleksandr Popoviç
11. Rüstəm Məmmədov
13. Vladimir Mazyar
14. Sergey Artyux
15. Tural Cəlilov
17. Kaxaber Çxetiani
18. David Bolkvadze
20. Mixail Maxviladze
21. Nikolay Petrov Valev
22. Qriqol Dolidze
23. Roman Axalkatsi
25. Ramil Sayadov
44. Rauf Mehdiyev

Daha çox


Son xəbərlər