“İnter” Emin Quliyevlə maraqlanmır

“İnter” Emin Quliyevlə maraqlanmır
XƏBƏR 17 İyun 2009 / 15:53 2378
-  A +

“Bu cür xəbərləri eşidəndə adamın gülməyi gəlir. Bir var deyələr ki, Eminlə maraqlanırıq, bir də var deyirlər ki, o artıq komanda ilə birgə məşq edir. Həqiqətən də çox gülməlidir. Mən elə indicə komandanın məşqinə baxıram, futbolçular qaçırlar. Amma onların arasında Emin Quliyevi görmürəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Emin Quliyevin “Inter”ə keçmək üzrə olduğu, hətta hazırda komanda ilə birgə Spartada təlim-məşq toplanışında olması barədə yayılan xəbərlərə münasibət bildirərkən “bankirlər”in baş menecerinin müavini Kamran İsmayılov deyib. Klub rəsmisinin sözlərinə görə, “İnter” Emin Quliyevlə heç bir danışıq aparmır, ümumiyyətlə bu futbolçunun adı komandanın transfer siyahısında yoxdur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi