Salyanda müasir standartlara cavab verən stadion tikilir

XƏBƏR 6 Dekabr 2008 / 14:11 3482
-  A +

Salyan şəhərində müasir standartlara cavab verən stadion tikilir. Bu barədə «Muğan» klubunun icraçı direktoru Fizuli Əliyev məlumat verilib. «Rayonda köhnə stadion var idi. İndi həmin stadion tamamilə yenidən qurulur. Tribunalar və ot örtüyü dəyişdiriləndən sonra dünya standartlarına cavab verən bir stadion olacaq», - deyə Əliyev əlavə edib.

Klub rəsmisi stadionun 7 min azarkeş tutumunun olacağını bildirib.

«Hazırda tribunaların 5 min azarkeş tutumu olan hissəsinin tikintisi başa çatmaq üzrədir. Daha 2 min oturacağın yerləşdirilməsi nəzərdə tutulub. Ot örtüyünün dəyişirilməsinə də başlanılıb. Azərbaycan Premyer-Liqasının ikinci dövrəsi başlayanadək işlər başa çatsa, oyunlarımızı bu stadionda keçirəcəyik».

Əliyev bildirib ki, stadion Azərbaycan Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına inşa olunur.

Klub rəsmisi Salyan Olimpiya - İdman Kompleksinin stadionunda da təmir işlərinin aparıldığını deyib.

«Olimpiya Kompleksinin stadionunun öt örtüyü yaxşı vəziyyətdə deyildi. Hazırda örtüyü normal vəziyyətə gətirmək üçün işlərə başlanılıb. Kompleksdə kiçik tikinti işləri də aparılır».

Əliyev Salyan Olimpiya - İdman Kompleksinin stadionunda görülən işlərin «Muğan» klubunun sponsoru «Nurgün» Şirkətlər Qrupunun vəsaiti hesabına aparıldığını bildirib ("Trend").

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi