Millimizin məşqçisi vəzifəsindən getdi

Millimizin məşqçisi vəzifəsindən getdi
ÖLKƏ FUTBOLU 16 İyun 2009 / 12:12 2335
-  A +

Milli komandamızın məşqçisi, baş məşqçisi Berti Foqtsun köməkçisi Elxan Abdullayevin millidəki fəaliyyəti başa çatıb. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində AFFA-nın İnformasiya İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib: “Elxan Abdullayevin AFFA ilə imzaladığı müqavilənin müddəti başa çatıb. Yeni sözləşmə isə imzalanmadı. Buna görə də Abdullayein milli komandadakı fəaliyyətinə son qoyuldu”.
Abdullayevin millidəki fəaliyyətinin sona çatması gözlənilən idi. Çünki dünən AFFA rəhbərliyi Elxan Abdullayevin postuna Vaqif Sadıqovun gətirildiyini elan etmişdi.

Daha çox


Son xəbərlər