Dünya çempionatının 1/4 finalçısı Azərbaycan premyer-liqasında

Dünya çempionatının 1/4 finalçısı Azərbaycan premyer-liqasında
ÖLKƏ FUTBOLU 16 İyun 2009 / 11:57 2764
-  A +

Son mövsüm tarixində ilk dəfə olaraq ölkə çempionatının bürünc mükafatını qazanan və bununla da ölkəmizi Avroliqada təmsil etmək hüququ qazanan “Simurq” heyətini məşhur ukraynalı futbolçu Oleq Şelayevlə gücləndirməyə yaxındır. Bu haqda Qol.Az-a Zaqatala klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli məlumat verib: “Oleq Şelayevin oyununu məşqçilər korpusu bəyənir. Klub rəhbərliyi də futbolçu ilə danışıqlar aparıb və ortaq məxrəcə gəlmək mümkün olub. Düzdür, rəsmi müqavilə qarşıdakı günlərdə imzalanacaq. Bununla belə, Şelayevin artıq “Simurq”un oyunçusu hesab etmək olar. Çünki klubla futbolçu arasında sözləşmənin bütün şərtləri razılaşdırılıb”.
Qeyd edək ki, Oleq Şelayev Ukrayna millisinin üzvüdür. Millidə 40 oyun keçirən yarımmüdafiəçi həm də 2006-cı ildə keçirilən dünya çempionatının iştirakçısıdır. Ukrayna millisinin heyətində Şelayev ¼ finala qədər irəliləməyi bacarmışdı. Mundialda Ukrayna millisinin keçirdiyi bütün oyunlarda meydana start heyətində çıxan Şelayev 435 dəqiqə meydanda olub, qol vurmayıb, 1 sarı vərəqəylə cəzalanıb.    
32 yaşlı futbolçu karyerasının böyük hissəsinin vətənində - “Dnepr”in heyətin də keçirib. 10 il bu klubun şərəfini qoruyan Şelayev həm də komandanın kapitan sarğısını daşıyıb.  Buna qədər isə Şelayev karyerasına Luqanskın "Zarya-MALS" klubunda başlayıb. Ardınca "Şaxtyor"a keçən Şelayev, daha sonra bir müddət "Metallurq"da da çıxış edir.

Şelayev dünya çempionatının 1/4 finalçısı olmaqdan əlavə 2 dəfə Ukrayna çempionatının gümüş, iki dəfə bürünc medalını qazanıb. 1 dəfə Ukrayna kubokunun qalibi, 1 dəfə isə finalçısı olub. Eyni zamanda Şelayev həm də "Dnepr"in tarixi ərzində Ukrayna çempionatında ən çox forma geymiş futboçudur - 206 matç.
 
Qeyd edək ki, bir müddət əvvəl Şelayevin "Bakı"ya keçəcəyi gündəmdə idi. 

Beləliklə, Şelayev Azərbaycan premyer-liqasında oynayacaq dünya çempionatının iştirakçısı olan sayca ikinci futbolçudur. Xatırladaq ki, “Bakı”nın qapıçısı Xalidu Sissoko da 2002-ci ildə Seneqal millisinin heyətində mundial həyəcanı yaşayıb.    

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi