İlqar Qurbanov heyətə daxil edildi

XƏBƏR 6 Dekabr 2008 / 13:16 3212
-  A +

Həmyerlimiz İlqar Qurbanovun şərəfini qoruduğu «Boluspor» sabah rəqib meydanında «Giresunspor»la qarşılaşacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, milli komandamızın sabiq oyunçusu bu dəfə səfərə aparılıb. Uzun müddətdir zədə səbəbindən meydana çıxa bilməyən futbolçu məşqçilərin şans verəcəyi halda, «Giresunspor»la oyunda forma geyəcək. Qeyd edək ki, «Boluspor» 14 oyundan sonra 19 xalla 10-cu yeri tutur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi