Cəmşid Məhərrəmov: “Hələ “Bakı”nı tərk etməmişəm”

Cəmşid Məhərrəmov: “Hələ “Bakı”nı tərk etməmişəm”
ÖLKƏ FUTBOLU 15 İyun 2009 / 13:07 2258
-  A +

“Qarabağ”dan təklif doğrudur. Təkcə “Qarabağ”dan deyil, digər bəzi klublardan da təklif almışam. Amma hələ ki, ortada rəsmi bir şey yoxdur”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nı tərk edərək “Qarabağ”a keçməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən milli komandamızın üzvü Cəmşid Məhərrəmov deyib. Cəmşid bildirib ki, o ilk növbədə “Bakı”yla danışıqlar aparır: “Hazırda “Bakı”yla danışıq aparıram. Gözləyək, görək nə olur. Müqavilə şərtləri barədə hələ ki, razılığa gələ bilməmişik. Danışıqların sonunu gözləyirəm. Əgər ortaq məxrəcə gələ bilməsək, o zaman digər klublarla danışıqlara başlayacağam. Amma hələ ki, “Bakı”nı rəsmi şəkildə tərk etməmişəm”.    

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi