Xaqani Məmmədov: “Əminəm ki, Xodukinin gedişi ancaq komandamızın xeyrinə olacaq”

Xaqani Məmmədov: “Əminəm ki, Xodukinin gedişi ancaq komandamızın xeyrinə olacaq”
ÖLKƏ FUTBOLU 14 İyun 2009 / 11:17 2589
-  A +

“Baş məşqçini dəyişmək futbolçuların işi deyil. Bütün oyunçular kimi, mən də bunu normal qarşıladım”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri baş məşqçi Valentin Xodukinin istefaya göndərilməsinə münasibət bildirərkən “İnter”in hücumçusu Xaqani Məmmədov deyib. Bununla belə, təcrübəli forvard bildirib ki, Xodukinin gedişi ancaq komandanın xeyrinə olacaq: “Yeni baş məşqçimizi yaxından tanımıram. Bununla belə, inanıram ki, onun komandaya gəlişi müsbət təsirini göstərəcək. Yəqin bundan sonra yerli oyunçular dahja çox oynamaq şansı qazanarlar. Çünki Xodukin daha çox əcnəbilərə üstünlük verirdi. Bir sözlə, əminəm ki, Xodukinin gedişi ancaq komandamızın xeyrinə olacaq”.   

 

 

Daha çox


Son xəbərlər