“Simurq”un hücumçusu Avroliqada həmyerliləri ilə qarşılaşmağı arzulayır

XƏBƏR 13 İyun 2009 / 20:12 2002
-  A +

“Mənim üçün Avroliqada qarşılaşacağımız rəqibin elə də bir önəmi yoxdur. Əsas odur ki, qarşıdakı yarışda uğurlu çıxış edək”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Simurq”un hücumçusu Serget Artyux deyib. Bununla belə, ukraynalı forvard etiraf edib ki, həmyerliləri ilə qarşılaşmağı da istəyir: “Amma təbii ki, Ukrayna klubu ilə qarşılaşsaydıq, çox yaxşı olardı. Birinci mərhələdə bu mümkün deyil. Bunun üçün gərək ikinci mərhələyə yüksələk. O zaman Donetsk “Metallurq”uyla qarşılaşmağımız mümkündür. Həm də axı “Metallurq” mənim doğma şəhərim Donetski təmsil edir. Bu komandaya qarşı doğma azarkeşlər önündə rəqib qismində oynamaq çox maraqlı olardı”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi