Fərhad Vəliyev: “Bucaspor”dan təklif aldığım doğrudur”

Fərhad Vəliyev: “Bucaspor”dan təklif aldığım doğrudur”
ÖLKƏ FUTBOLU 13 İyun 2009 / 19:30 2515
-  A +

“Bəli, doğru xəbərdir. Həqiqətən də “Bucaspor”dan təklif almışam”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Türkiyənin “Bucaspor” klubundan təklif almasına münasibət bildirərkən Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib. Fərhad bildirib ki, bu təklifi müsbət cavablandırmaq fikrindədir: “Bu haqda mənə menecerim məlumat verib. Deyilənə görə, başqa təkliflər də var. Amma ən realı “Bucaspor” variantıdır. Onlar oyunumu görüb, bəyəniblər. Birbaşa müqavilə imzalamağa çağırırlar. Mən özüm də karyeramı Türkiyədə davam etdirmək istəyirəm. Bu barədə “Qarabağ”ın rəhbərliyi ilə danışacağam. Əgər onlar bu məsələdə məni dəstəkləsər, getməyimə razılıq versələr, böyük məmuniyyətlə Türkiyəyə gedəcəyəm. Mən də istəyirəm ki, legioner həyatı yaşayım”.

Daha çox


Son xəbərlər