Sergey Artyux: “Gürcüstanda hazırlığımız yüksək səviyyədə keçir”

Sergey Artyux: “Gürcüstanda hazırlığımız yüksək səviyyədə keçir”
XƏBƏR 13 İyun 2009 / 17:54 2086
-  A +

“Dünən “Sioni”yə qarşı keçirilən yoxlama matçında forma geymədim. Çünki hazırda komandamızın düşərgəsində 10-a yaxın futbolçu baxışdadır. Baş məşqçimiz əsasən onları iş başında görmək istəyirdi”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri hazırda “Simurq”un heyətində Gürcüstanda təlim-məşq toplanışında olan komandanın hücumçusu Sergey Artyux deyib.

Ukraynalı forvard bildirib ki, “Sioni”yə qarşı əsas heyətin yalnız 5 üzvü çıxış edib: “Əsas heyətdən yalnız beş oyunçu oynayırdı. Qalanları baxışda olanlar idi. Komandamız hər hissədə bir heyətlə mübarizə apardı. Bununla belə, biz rəqibə nisbətən daha yaxşı oynadıq və layiqli qələbə qazandıq. Hesab edirəm ki. ilk matçda komandanın qələbəsi çox yaxşı haldır. Həm də nəzərə almaq lazımdır ki, bu futbolçuların əksəri ilk dəfə idi ki, bir komandada çıxış edirdilər”.

Ukraynalı forvard hazırlıq prosesinin yüksək səviyyə keçdiyini də diqqətə çatdırıb: “Bu gün yenidən məşqlərə başlamışıq. Hazırlığımız yaxşı keçir. Buradakı şərait də çox gözəldir. Bir sözlə, bütün diqqətimizi yönəltmişik qarşıdakı sınağa”.      

“Simurq”da xoşbəxt olduğunu deyən Artyux karyerasını Zaqatala təmsilçisində davam etdirəcəyini də söylədi: “Köhnə müqaviləmin müddəti artıq başa çatıb. Mən “Simurq”da qalmaq istəyirəm. Burada hər şey məni qane edir. Düzdür, hələ yeni müqavilə imzalamamışam. Amma artıq bütün şərtlər müzakirə olunub, qarşılıqlı razılıq əldə olunub. Qalıb, bircə sözləşməyə imza atmaq. Bu da ki zaman məsələsidir”. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi