Alim Qurbanov: “Xəzər-Lənkəran”a qayıdışım yeni baş məşqçinin qərarından asılı olacaq”.

XƏBƏR 12 İyun 2009 / 18:26 1989
-  A +

İqor Ponomaryovun baş məşqçi təyin olunmasından sonra, “Xəzər-Lənkəran”dan kənarlaşdırılan Alim Qurbanov onun istefasından sonra yenidən bu kluba qayıtmaq istəyir. Bunu Qol.Az-a açıqlamasında futbolçu özü deyib. Lakin o, bunun tək özündən asılı olmadığınlı düşünür: “Oynamağına təbii ki, oynamaq istəyirəm. “Xəzər-Lənkəran” kimi klubda kim oynamaq istəməz ki? Amma hələ baxaq görək məni ora götürən var ya yox. Bunun üçün ilk olaraq, yeni baş məşqçinin kimliyinə aydınlıq gəlməlidir. Lənkərana qayıdışım həmin şəxsin verəcəyi qərardan asılı olacaq. O, məni komandasında görmək istəyərsə, mənmuniyyətlə yenidən Lənkəran klubunun formasını geyinərəm. Onsuz hazırda “Xəzər-Lənkəran”la 1 illik müqaviləm var”. 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi