Ramin Musayev: “Standard”ın Sumqayıta köçməsi dəqiqləşdi”

ÖLKƏ FUTBOLU 12 İyun 2009 / 16:06 2395
-  A +

“Bu gün “Standard” klubunun prezidenti Emin Babayevlə birgə Sumqayıtda olduq, ardınca isə şəhərin icra başçısı ilə görüşdük”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. R.Musayev bildirdi ki, bu görüşlərdən sonra “Standard”ın növbəti mövsümdən etibarən Sumqayıt şəhərini təmsil etməsi dəqiqləşib: “İcra başçısı sağ olsun ki, bizi qəbul etdi. Geniş söhbətimiz oldu. O da bildirdi ki, “Standard”ın Sumqayıta köçməsinə çox sevinir. Stadion məsələsi barədə də danışdıq. İcra başçısı bildirdi ki, onlar arenanı uzun müddətə “Standard”a icarəyə verməyə hazırdırlar. İcra başçısı onu da əlavə etdi ki, gərək “Standard” yaxşı komanda qursun. Yerli azarkeşlər onları canla-başla tam dəstəkləyəcəklər. Bunun üçün gərək komanda da uğurlu çıxışı ilə yerli futbolsevərləri sevindirsin. Mən də öz növbəmdə bildirdim ki, növbəti mövsümdən etibarən “Standard”ın daha güclü olacağını, daha yaxşı çıxış edəcəyinə inanıram. Hamımız sevinirik ki, Sumqayıta futbol qayıdır. Bir sözlə, bu gün “Standard” Sumqayıta köçməsi demək olar ki, tam dəqiqləşdi”.

Daha çox


Son xəbərlər