“Simurq” iki futbolçunun transferini reallaşdırmaq üzrədir

ÖLKƏ FUTBOLU 11 İyun 2009 / 12:16 2412
-  A +

Rauf Mehdiyevdən başqa heç bir futbolçu ilə rəsmi müqavilə imzalamayan “Simurq”da transfer çalışmaları davam edir. Hazırda komandanın heyətində baxışda 8-9 futbolçu var ki, onların da taleyinə yoxlama oyunlarından sonra aydınlıq gələcək. Bununla belə, “Simurq” artıq iki futbolçunu transfer etməyə yaxındır. Bu haqda Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli məlumat verib.

Klub rəsmisi həmin oyunçuların adlarını açıqlamasa da, bildirdi ki, futbolçulardan biri yerli, digəri isə əcnəbidir: “İki futbolçu ilə danışıqlar yekunlaşmaq üzrədir. Demək olar ki, hardasa 80 faiz məsələ müsbət həllini tapacaq. Müqavilə imzalanmadığından həmin oyunçuların adlarını açıqlaya bilmərəm. Deyə bilərəm ki, futbolçulardan biri yerli, digəri legionerdir. Hər ikisi yarımmüdafiə xəttində çıxış edirlər, güclü futbolçudurlar. Yerli oyunçu gəncdir və böyük potensiala malikdir. Əcnəbi isə öz ölkəsinin milli komandasında çıxış edir, avropalıdır. Bu iki futbolçu artıq komandamızın düşərgəsində baxışdan keçiblər və məşqçilər korpusu onların oyunlarını bəyənib”.   

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi