Fabio Luis Ramimə sərt ismarıc: “Saç uzatmaq yox, futbol oynamaq lazımdır”

Fabio Luis Ramimə sərt  ismarıc: “Saç uzatmaq yox, futbol oynamaq lazımdır”
ÖLKƏ FUTBOLU 8 İyun 2009 / 22:10 2926
-  A +

Milli komandamızın Uels məğlubiyyəti əksər futbol mütəxəssisləri kimi Nazim Əliyevi də dilə gətirib. Qol.Az-ın əməkdaşı ilə söhbətində Azərbaycan çempionatları tarixində ən çox qol vuran hücumçu futbolçuların çıxışına toxunarkən əsas tənqid hədəfi kimi millimizin braziliyalı yarımmüdafiəçisi Fabio Luis Ramimi seçib. Əliyevin fikrincə, Ramim milli komanda da üzərinə düşən işi layiqincə yerinə yetirə bilmir: “Eşitdiyimə görə, Rusiya ilə oyundan sonra jurnalistlər Ramimə yüksək qiymət veriblər. Mən başa düşmədim, görəsən, hansı oyununa görə? O, Moskvada neylədi ki? Ona ən yaxşı qiyməti “İnter”in baş məşqçisi Valentin Xodukin verdi, elə onun müsahibısini oxuyun bəsdir. Xodukin demişdi ki, “Rusiya ilə oyunda Ramim oyunda yox idi”. Mütəxəssis belə düşündüyü halda, jurnalistlər nəyə əsaslanıb braziliyalıya yüksək qiymət vermişdilər? Uelslə oyunda da hamı Ramimin oyununu gördü. Onun meydançaya buraxıblar ki, yarımmüdafiəçi kimi hücumçuları topla təmin eləsin, yoxsa 35-40 metrdən yeri gəldi-gəlmədi qapıya zərbə vurmasın. Zərbə də zərbə olsa, dərd yarıdır. Yəqin bir epizodda onun yerinə yetirdiyi cərimə zərbəsini hamı gördü. Gördünüz topu hara vurdu? Şaçnan deyil e. Şaç uzatmaq yox, futbol oynamaq lazımdır. Şəxsən mən belə düşünürəm ki, Ramimdənsə Mahmud Qurbanov millidə oynasa, daha çox xeyir verər. Biz niyə qol vura bilmirik? Çünki ortada Mahmud kimi paylayıcı yarımmüdafiəçimiz yoxdur ki, hücumçuları topla təmin etsin. Bu gün orta xəttə Aqil Nəbiyev, Elmar Baxşiyev kimi futbolçular oynayır. Bu futbolçular isə həmin funksiyanı yerinə yetirə bilmirlər”. 

 

Daha çox


Son xəbərlər