Con Toşak: “Mən də Foqtsun yerində olsaydım, istefa verməzdim”

Con Toşak: “Mən də Foqtsun yerində olsaydım, istefa verməzdim”
ÖLKƏ FUTBOLU 7 İyun 2009 / 12:14 2507
-  A +

"Bu gün meydana çıxan uelsli futbolçuların orta yaş həddi 22-dir. Bizim əsas komandamızda orta yaş həddi 1 yaş çoxdur. Bilmək olmaz, bəlkə də Bakıda əsas heyətlə gəlsəydik, uduzardıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri dünən keçirilən Azərbaycan - Uels matçından sonar baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Con Toşak deyib. Təcrübəli mütəxəssis bildirib ki, Foqtsun yerinə olsaydı, o da istefa verməzdi: “Mən də Foqtsun yerində olsaydım, istefa verməzdim. Onu çoxdan tanıyıram. Fikrimcə, Foqtsun bir qədər vaxta ehtiyacı var. O çox təcrübəli mütəxəssisdir. Mənim ona nəsə məsləhət görməyim mənasız olardı”.
Mətbuat konfransının sonunda isə Toşak üzünü yerli jurnalistlərə tutaraq, azərbaycanca “çox sağ olun” deyib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi