Inyesta Bakıya gələsi olmadı

Inyesta Bakıya gələsi olmadı
XƏBƏR 5 İyun 2009 / 21:06 3278
-  A +

İspaniya milli komandasının və “Barselona”nın yarımmüdafiəçisi Andreas İnyestanın iyunun 9-da keçiriləcək Azərbaycan - İspaniya matçında iştireak etməyəcəyi dəqiqləşdi. Qol.Az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu gün futbolçu sonuncu dəfə həkim nəzarətindən keçib. Nəticələr isə ürəkaçan olmayıb. Məlum olub ki, İnyestanın zədəsi ciddidir və o uzun müddət bərpa dövrü keçməlidir.

İspaniya milli komandasının həkimi Oskar Selada bu haqda deyib: “Tibbi nöqteyi-nəzərdən İnyesta meydana çıxmağa hazır deyil. O Çempionlar Liqasının finalında zədələnmişdi. Mən məsləhət görərdim ki, İnyesta 6 və yaxud 8 həftə istirahət etsin. Amma bu haqda “Barselona”nın tibbi personalı yekun qərar qəbul edəcək”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi