Millimizlə oyuna dəvət alan türkiyəli futbolçu göbək rəqsi oynadı

Millimizlə oyuna dəvət alan türkiyəli futbolçu göbək rəqsi oynadı
DÜNYA FUTBOLU 31 May 2009 / 17:26 3043
-  A +

İyunun 2-də milli komandamızla Kayseridə keçiriləcək qarşılaşmaya dəvət alan Türkiyə millisinin və “Bursaspor”un üzvü Sercan Yıldırım bu xəbəri eşidincə qeyri-adi şəkildə sevinib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məluamat görə, bu xəbəri dünən “İstanbul BB” ilə oyundan sonra Bursaya qayıdarkən yolda eşidən Sercan sevincindən azarkeşlərlə birgə göbək rəqsi oynamağa başlayıb. Azarkeşlər də futbolçunun sevincinə şərik olublar. Rəqsə “Bursaspor”un baş meneceri Adil Cenkçiler də qoşulub. Sercan sevinib qurtardıqdan sonra, bu dəvətə görə çox xoşbəxt olduğunu və ona etimad göstərənləri peşman etməyəcəyini bildirib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi