"Şaxtyor"un baş məşqçisi üzr istədi (VİDEO)

"Şaxtyor"un baş məşqçisi üzr istədi (VİDEO)
VİDEO 22 Noyabr 2012 / 01:09 2482
-  A +

Ukrayna “Şaxtyor”unun baş məşqçisi Mirça Luçesku komandanın futbolçusu Luis Adrianonun Çempionlar Liqası matçında Danimarka “Nordşelland”ının qapısından keçirdiyi ilk qolu şərh edib.

Qol.Az-ın məlumatına görə, rumıniyalı mütəxəssis Luis Adrianonun 26-cı dəqiqədə böyük mübahisəyə səbəb olan qolu ilə bağlı üzr istəyib. Luçesku oyun sonrası mətbuat konfransına üzrxahlıqla başlayıb: “Mən həmin anın əvvəlini görmədim. Yalnız onu gördüm ki, Adriano topu qəbul etdi və qol vurdu. Onun özü topun ayağına düşdüyünü gördükdən sonra hücumçu instinktini işə salaraq qol vurmağa qərar verdiyini bildirdi. Bundan sonra cavab olaraq, biz rəqibə də belə bir imkan yaratmaq istədik. Lakin oyunçumuz Taras Stepanenko buna mane oldu. Bununla belə, tezliklə mübarizəni uduzduq və “Nordşelland” ikinci qolu vurdu. Rəqib bu qola layiq idi. Onlar vuruşurdular, biz isə baş verənləri araşdırırdıq. Bir daha ilk qolumuz zamanı baş verənlərə görə üzr istəyirəm”. Qeyd edək ki, mübahisəli epizod meydanın “Şaxtyor”a aid hissəsində başlayıb. Hakimin işarəsindən sonra Ukrayna klubunun futbolçusu Villian “feyr-pley”ə əməl edərək, topu meydanın “Nordşelland” tərəfinə atıb. Onun komanda yoldaşı Luis Adriano isə topun dalınca qaçaraq, təəccüblü vəziyyətdə olan rəqib qapıçını da keçib və boş qapını nişan alıb. Bu qoldan sonra hesab bərabərləşib. Lakin 3 dəqiqə sonra meydan sahiblərinin oyunçusu Kasper Lorentsen yenidən “Nordşelland”ı hesabda irəli çıxarıb. Sonradan “Şaxtyor” ardıcıl 4 qol vuraraq, qələbəyə nail olub – 5:2.



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi