Suarinin transfer vərəqi gəldi

Suarinin transfer vərəqi gəldi
ÖLKƏ FUTBOLU 22 May 2009 / 14:03 2440
-  A +

“Bakı”nın qışda heyətinə qatdığı Hasan Suari ikinci dövrə boyunca komandasına kömək edə bilmədi. Buna səbəb mərakeşli forvardın transfer vərəqinin gəlib çıxmaması idi. Lakin artıq bu problem həll olunub. Suari hətta premyer-liqanın son turunda “Muğan”a qarşı keçirilən matçda da meydana çıxa bilərmiş. Lakin komandanın baş məşqçisi Coko Haciyevski həlledici qarşılaşmada Hasanın xidmətində yararlanmaq istəməyib. Bu haqda Qol.Az-a “Bakı”nın mətbuat xidmətinin rəhbəri Ruslan Əlişzadə məlumat verib: “Suarinin transfer vərəqi artıq neçə gündür ki, gəlib. Mərakeşli hücumçu hətta “Muğan”a qarşı keçirilən matçda da meydana çıxa bilərdi. Lakin baş məşqçimiz Coko Haciyevski futbolçunun oyun praktikasının yoxluğunu nəzərə alaraq, həlledici qarşılaşmada ona şans vermədi. Yəqin ki, Suari Çempionlar Liqasında “Bakı”nın heyətində debüt edər”.

      

Daha çox


Son xəbərlər