Məğlub olan millimizin baş məşqçisi futbolçuların ehtirasından danışdı

Məğlub olan millimizin baş məşqçisi futbolçuların ehtirasından danışdı
ÖLKƏ FUTBOLU 21 May 2009 / 11:00 2426
-  A +

 “Təbii ki, nəticə məni qane etmədi. Ancaq nümayiş etdirdiyimiz futbol, oyunçularımın futbol ehtirasının olması məni tam qane etdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri Özbəkistanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına məğlub olan 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernard Lippert deyib. Almaniyalı məşqçi məğlubiyyəti həmişəki kimi qol imkanlarından faydalana bilməməyimizlə bağlayıb: “İlk hissədə yaratdığımız qol imkanlarından istifadə etsəydik, rəqib bu cür qapalı futbol oynamazdı. Rəqibin qol vurub, müdafiəyə çəkilməsindən sonra istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Qarşıda Türkiyə və İngiltərə ilə oyunlarımız var. O oyunların motivasiyası tamam fərqli olacaq. Bu gün tribunalara toplaşmış azarkeşlərə öz təşəkkürü bildirirəm. Məğlub durumda olmağımıza baxmayaraq, sona qədər bizə dəstək oldular. Mən hətta Almaniyada da belə şey görməmişəm. Lənkəranlı azarkeşlər bizi son ana qədər dəstəklədilər. Təəssüf ki, onlara qələbə bəxş edə bilmədik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi