“Lokomotiv” Berti Foqtsu baş məşqçi vəzifəsinə gətirmək istəyir

“Lokomotiv” Berti Foqtsu baş məşqçi vəzifəsinə gətirmək istəyir
ÖLKƏ FUTBOLU 20 May 2009 / 12:16 2351
-  A +

Moskvanın “Lokomotiv”inin baş məşqçi vəzifəsini milli komandamızın çalışdırıcısı Berti Foqts tuta bilər. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, almaniyalı çalışdırıcının adı “Lokomotiv”in baş məşqçi vəzifəsinə namizədlər sırasındadır. Foqtsdan başqa siyahıda “Şaxtyor”un çalışdırıcısı Mirça Luçesku, “Lokomotiv”in keçmiş baş məşqçisi, hazırda isə Kiyev “Dinamo”suna rəhbərlik edən Yusi Syomin, eləcə də Rumıniya millisinin sabiq çalışdırıcısı Viktor Piçurkenin adı var.
Rusiyalı həmkarlarımızın yazdığına görə, Foqtsun “Lokomotiv”i çalışdırmaq şansı çox azdır. Bu mübarizədə əsas favorit Yuri Syomin hesab olunur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi