Qol.Az “Bakı”nı mövsümün ən yaxşı komandası seçdi

Qol.Az “Bakı”nı mövsümün ən yaxşı komandası seçdi
ÖLKƏ FUTBOLU 20 May 2009 / 11:46 2702
-  A +

Peşəkar Futbol Liqası və Qol.Az saytı 2008-2009-cu il mövsümü üçün Azərbaycanın ən yaxşı klubunu müəyyənləşdirmək məqsədilə futbol mütəxəssisləri, jurnalistlər, futbol qurumlarının və futbol klublarının mətbuat xidmətləri (klubların mətbuat xidmətləri özlərinə səs verə bilməzlər) arasında rəy sorğusu keçirib. Respondentlərin əksərinin səsini qazanan “Bakı” 2008-2009-cu il mövsümü üçün Azərbaycanın ən yaxşı klubu seçilib. Məhz “Bakı”nın qalib olacağı gözlənilən idi. Çünki cari çempionatın qızıl medallarına da məhz “zolaqlılar” yiyələniblər.
Sorğunun qalibi olan “Bakı”ya sabah keçiriləcək mükafatlandırma mərasimində Peşəkar Futbol Liqası və Qol.Az saytı tərəfindən xüsusi mükafat veriləcək. Xatırladaq ki, sabah saat 15:00-da Premyer Liqanın mükafatçıları - "Bakı", "İnter" və "Simurq" klublarına XVII Azərbaycan Çempionatının müvafiq olaraq qızıl, gümüş və bürünc medalları təqdim olunacaq. Bundan əlavə müxtəlif nominasiyalar üzrə daha 10 fərdi mükafat sahibini tapacaq ki, həmin nominasiyalardan biri də məzh mövsümün ən yaxşı komandasıdır.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi