Qızlar arasında turnir keçiriləcək

XƏBƏR 18 May 2009 / 19:11 1940
-  A +

Mayın 19-dan 23-dək AFFA-nın təşkilatçılığı ilə 12-15 yaşlı qızlardan ibarət komandalar arasında mini-futbol turniri keçiriləcək. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, yarışda Sabunçu, Xətai, Nizami və Yasamal rayonlarının orta ümumtəhsil məktəblərini təmsil edən 7 komanda gücünü sınayacaq. İştirakçılar 2 qrupda mübarizə aparacaq. Qrup mərhələsini “ilk 2-lik”də başa vuran komandalar yarımfinala vəsiqə qazanacaq. Oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında keçiriləcək. Birinci və ikinci pilləni tutan komandalara kubok və diplomlar, üçüncü və dördüncü pillənin sahiblərinə isə yalnız diplomlar veriləcək.    

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi