Serbiya millisinin baş məşqçisi "Neftçi"yə şans tanımadı

Serbiya millisinin baş məşqçisi "Neftçi"yə şans tanımadı
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2012 / 01:15 3781
-  A +

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Partizan" - "Neftçi" matçını stadiondan canlı izləyənlər arasında Serbiya millisinin baş məşçisi Sinişa Mixayloviç də olacaq.

Qol.Az-ın məlumatına görə, serbiyalı mütəxəssis "Partizan"ın Avroliqadakı iki oyununu canlı izləyəcəyini bildirib:

Serbiya mətbuatına danışan Mixayloviç "Neftçi"yə şans tanımayıb: "Partizan"ın "Neftçi" ilə matçını canlı izləyəcəyəm. Bununla yanaşı, "İnter"lə oyunu da stadiondan izləməyi düşünürəm. Təbii ki, "İnter" qrupun aşkar favoritidir. Ancaq bu o demək deyil, Milan təmsilçisi qrupda birinci olmalıdır.

İki komanda növbəti mərhələdə yoluna davam edəcək. Məncə, ikinci yer uğrunda mübarizə "Partizan" və "Rubin" (Kazan) klubları arasında gedəcək. Əlbəttə, Avroliqada asan oyun olmur. Bu baxımdan "Neftçi" ilə oyunun da çətin keçəcəyini söyləmək olar. Ancaq "Paartizan" hazırda yaxşı formadadır və bunu meydanda sübut etməlidir.

Mən bütün varlığımla "Partizan"a azarkeşlik edəcəyəm. Çünki "Partizan" Serbiyanın Avropada yeganə təmsilçidir. Onların turnirdə uğur qazanacağına inanıram. Ümumilikdə Avroliqada keçiriləcək hər bir oyun komanda və futbolçular üçün böyük təcrübə olacaq".

Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu sentyabrın 20-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi