Arda Turanın anası gəlini ilə yan-yana (FOTO)

Arda Turanın anası gəlini ilə yan-yana (FOTO)
XƏBƏR 17 Sentyabr 2012 / 15:57 3257
-  A +

Tanınmış türkiyəli aktrisa Sinem Kobal 2 ildir eşq macərası yaşadığı İspaniya “Atletiko”sunun futbolçusu Arda Turanın anası Yüksellə ilk dəfə yanaşı görüntülənib.

Gələcək qaynanası ilə birgə alış-verişə çıxan Kobal istənməyən gəlin olduğuna dair söz-söhbətlərə nöqtə qoyub.

Onlar “İstinye Park”da birgə nahar da ediblər. Gəlin-qaynananın səmimiyyəti nəzərlərdən yayınmayıb. Xüsusən Yüksel Turanın Sinem Kobala diqqəti görənləri təəccübləndirib. Bütün günü birgə olan cütlük axşam saatları özlərinə məxsus “Jeep”lərlə alış-veriş mərkəzindən ayrılıblar.

Qeyd edək ki, Yüksel Turan oğlunun hədiyyə etdiyi “Range Rover”in sükanı arxasında olub (Lent.az).

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi