“Qurban Qurbanov emosional qərar verib”

“Qurban Qurbanov emosional qərar verib”
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2012 / 10:30 4147
-  A +

“Qarabağ” rəhbərliyi baş məşqçi Qurban Qurbanovun dünən Premyer Liqada AZAL-a 2:6 hesablə qələbədən sonra istefa vermək istəməsi barədə açıqlamasına münasibət bildirib.

Klubun direktoru Əmrah Çəlikəl Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, oyundan sonra onun Qurban Qurbanovla görüşü olub.

“Qurban müəllim həmin görüşdə də dedi ki, istefa vermək istəyir. Əlbəttə, biz istefanı qəbul etmədik. Çünki bu, qeydə alınan ağır nəticədən sonra verilmiş emosional bir qərar idi. Qurban Qurbanov məğlubiyyətə görə özünü günahkar bilir. Bizim isə klub rəhbərliyi olaraq onunla müqaviləni pozmaq fikrimiz yoxdur. Biz Qurban Qurbanovla hələ uzun müddət əməkdaşlıq edib yaxşı işlər görmək istəyirik” – deyə Ə.Çəlikəl bildirib.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi