Vaqif Sadıqov: “Heç kim bu hesabı gözləmirdi”

XƏBƏR 16 Sentyabr 2012 / 21:21 2976
-  A +

"AZAL azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bu gün əlimizə düşən imkanlardan maksimum istifadə etdik. Ən baxımlı futbol oynayan komandalardan olan "Qarabağ"a qarşı oynadıq. "Qarabağ"ı təhlil edib zəif yerlərini müəyyənləşdirmişdik. Heç kim bu hesabı gözləmirdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bugün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində evdə “Qarabağ”ı 6:2 hesabıyla məğlub edən AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

O, “Qarabağ”lı həmkarı Qurban Qurbanovun komandadan getmək istəyi ilə bağlı fikirlərinə də münasibət bildirərək, ona tələsik addım atmamağı tövsiyyə edib:

“Hesab edirəm ki, Qurban Qurbanov tələsik addım atmamalıdır. "Qarabağ" bu çempionatda öz sözünü deyəcək. Milli komandanın səviyyəsi qat-qat artıb. Bu gün gördük ki, "Qarabağ"da da bizdə də millinin oyunçuları ehtiyyatda qalır. Bu rəqabətdən irəli gəlir".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi