“Bakı” Tovuzda çempionluq yolunda zərbə aldı (FOTO)

XƏBƏR 9 May 2009 / 12:50 2427
-  A +

Dünən əvəzedicilər arasında təşkil olunan Azərbaycan çempionatının XXV turu çərçivəsində "Turan" - "Bakı" qarşılaşması keçirilib. Qol.Az-ın “Bakı”nın r.smi internet saytına istinadən verdiyi məlumata görə, yağmurlu hava şəraitində keçən oyunda hesabı 14-cü dəqiqədə “Turan”dan Cavid Tağıyev açıb. İlk hissə elə bu hesabla da başa çatsa da, “Bakı” 81-ci dəqiqədə hesabı bərabərləşdirib. Sinan Demircan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, “Turan” qələbə qolunu vura bilib. 90-cı dəqiqəsdə Cavid Tağıyev cərimə zərbəsində özünün və komandasının ikinci qoluna imza atıb - 2:1. Bununla da turnir cədvəlinin ikinci pilləsində qərarlaşan və lider “Neftçi”dən cəmi 2 xal geri qalan “Bakı” Tovuzda çempionluq yolunda ciddi zərbə alıb. 

 






Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi