"Sumqayıt" "Kayserispor"u darmadağın etdi (VİDEO)

VİDEO 27 İyul 2012 / 11:52 2688
-  A +

2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" klubu ötən gün qonşu ölkədə növbəti yoxlama oyununu keçirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib "Kayserispor"un A2 komandası olub.
 
Türkiyə təmsilçisindən üstün oyun nümayiş etdirən Bernhard Raabın komandası 6:0 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, rəqibin heyətində "Kayserispor"un əsas komandasının 3 üzvü də iştirak edirdi.

Sabir Allahquliyev və Ruslan Qurbanovun dubl etdiyi görüşdə Slavik Alxasov və Pərdis Fərcad-Azad hərəyə bir dəfə fərqlənib. Qeyd edək ki, "Sumqayıt" klubu növbəti yoxlama oyununu iyulun 28-də "1461 Trabzon"a qarşı keçirəcək.



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi