Prandelli: "İspanlar bu oyuna daha hazırlıqlı idilər"

Prandelli: "İspanlar bu oyuna daha hazırlıqlı idilər"
AVRO-2012 2 İyul 2012 / 02:53 3404
-  A +

"Avro-2012"nin finalında İspaniya millisinə məğlub olan (0:4) İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis ispanların bu oyuna daha hazırlıqlı olduqlarını bildirib:

"Oyunun ilk dəqiqələrindən ispanların bizə nisbətən daha hazırlıqlı olduğu hiss olunurdu. Biz ötən həftə keçirdiyimiz oyunlarda daha çox qüvvə və enerji sərf etmişdik. Ona görə də bu oyuna yorğun çıxmışdıq. Lakin demək olmaz ki, biz nəyisə düzgün etmədik.

Hər şey qaydasında idi. Sadəcə olaraq fiziki cəhətdən komandada problemlər hökm sürürdü. İkinci qoldan sonra artıq məğlubiyyət qaçılmaz görünürdü ki, belə də oldu. Bununla belə, düşünürəm ki, çox yaxşı turnir keçirdik. Qələbə münasibətilə də İspaniya millisini təbrik edirəm".  


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi