Rəşad Sadıqov dörd aydır maaş almır

ÖLKƏ FUTBOLU 1 May 2009 / 11:56 2707
-  A +

Azərbaycan milli komandasının və “Kocaelispor”un müdafiəçisi Rəşad Sadıqov 4 aydır ki, maaş almır. Qol.Az-ın məlumatına görə, bu xəbəri dünən gecə saatlarında Türkiyənin “NTV Spor” kanalında efirə gedən futbol verilişinə İzmit klubundan kənarlaşdırılan qapıçı Serdar Kulbilgi deyib. Canlı olaraq aparıcının suallarını cavablandıran Serdar “Kocaelispor”dan 4 aydır maaş ala bilmədiklərini deyib. Aparıcının “Təkcə sən ala bimirsən, yoxsa digər komanda yoldaşların da” sualına “Demək olar ki, heç kim almır. Komandaya qış transfer pəncərəsində gələn futbolçuların heç biri o vaxtdan bu yana maaş almayıblar. Hamısı pulsuz oynayır. Bir sözlə “Kocaelispor”da çox böyük maddi sıxıntı var”. Qeyd edək Rəşad Sadıqov da məhz qış transfer dönəmindən “Kocaelispor”a keçmişdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi