"Finalda Hollandiya və İspaniya yığmaları qarşılaşacaq"

"Finalda Hollandiya və İspaniya yığmaları qarşılaşacaq"
AVRO-2012 1 İyun 2012 / 18:56 2906
-  A +

Hollandiya milli komandasının yarımmüdafiəçisi Uesli Sneyder komandasının "Avro-2012"dəki şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "NU sport"a danışan "İnter"in futbolçu finalda İspaniya yığması ilə qarşılaşacaqlarını bildirib:

"İspaniya millisinin heyətində elə də böyük dəyişiklik olmayıb. Onlarda futbolçuların əksəriyyəti əsasən 25-26 yaşlarındadır. Təbii ki, bu da komanda üçün böyük üstünlükdür. Düşünürəm ki, İspaniya millisi finala yüksələcək və burada bizə rəqib olacaq".

Qeyd edək ki, İspaniya və Hollandiya yığmaları DÇ-2010-un finalında üz-üzə gəlmişdi. Həmin matçın əlavə vaxtında Andres İniyestanın vurduğu yeganə qol ispanlara ilk dünya çempionluğunu qazandırmışdı.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi