Ahmet Dursun “İdman Azərbaycan”da

XƏBƏR 20 Aprel 2009 / 19:24 2340
-  A +

Son oyunları yüksək səviyyədə keçirən “Xəzər-Lənkəran”ın  türkiyəli legioneri Ahmet Dursun ümidləri doğrultmağa başlayıb. Türkiyə millsinin sabiq forvardı bir həftə öncə “Neftçi”yə qol vurmaqla əsl “Xəzər Lənkəran”lı olmuşdursa, iki gün öncə “Bakı”nın çempionluq yolunda keçilməz maneəyə çevrildi. Ahmet vurduğu iki qolla cənub bölgəsinin futbol azarkeşlərinin sevimlisinə çevrilmək yolunda böyük addım atdı.
Bugün Ahmet Dursun “İdman azərbaycan” kanalında yayımlanan “Premyer-liqa” verilişinə dəvət alıb. Saat 21.15-də başlayacaq proqramda Azərbaycanın əməkdar futbol məşqçisi, proqramın futbol eksperti Vaqif Sadıxovla Ahmet Dursun ölkə çempionatının XXII turunun oyunları haqda danışacaqlar.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi