"Cerard "Liverpul" tarixinin ən yaxşı oyunçusudur"

"Cerard "Liverpul" tarixinin ən yaxşı oyunçusudur"
XƏBƏR 16 Mart 2012 / 01:33 1613
-  A +

"Liverpul" klubunun müdafiəçisi Cimi Karager komanda yoldaşı Stiven Cerard haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "Telegraph"a danışan futbolçu Cerardı "Liverpul" tarixinin ən yaxşı oyunçusu adlandırıb:

"Liverpul"lu oyunçulardan söz düşərkən hər kəsin ağlına ilk olaraq məhz Cerard gəlir. O ya hər zaman birinci sırada, ya da komandanın hazırki baş məşqçisi Kenni Dalqlişdən sonra xatırlanır. Ancaq bu faktdır ki, Cerard "Liverpul"un və ingilis futbolunun gəlmiş-keçmiş ən yaxşı futbolçusudur.

Onun "Liverpul" üçün gördüyü işlər göz qabağındadır. Məncə, Cerard Kenni Dalqlişdən də üstündür və o əsl kapitandır. Düşünürəm ki, İngiltərə milli komandasının kapitanı Skot Parker yox, məhz Cerard olmalıdır".    

Qeyd edək ki, 1998-ci ildən "Liverpul"un şərəfini qoruyan Cerard 400-dən çox çıxdığı görüşlərdə 89 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi