"Xəzər Lənkəran" Cüneyt Biçəri istefaya göndərib, Yunis Hüseynovu gətirdi

"Xəzər Lənkəran" Cüneyt Biçəri istefaya göndərib, Yunis Hüseynovu gətirdi
ÖLKƏ FUTBOLU 15 Mart 2012 / 16:16 3999
-  A +

“Xəzər Lənkəran” klubu yeni baş məşqçi ilə anlaşıb.

Qol.Az-ın klubun rəsmi saytına isitənadən verdiyi məlumata görə, bu vəzifəyə ölkəmizin əfsanəvi futbolçusu və təcrübəli PRO kateqoriyalı mütəxəssis Yunis Hüseynov təyin olunub.

Onunla bu gün “Xəzər Lənkəran”nın ofisində 2 illik müqavilə imzalanıb.
Yunis Hüseynov 1965-ci ildə Gəncədə anadan olub. O, futbolçu karyerasını yerli “Kəpəz”də başlayıb, daha sonra 1984-cü ildən Bakının “Neftçi” klubunda çıxış edib. Bununla birgə 1993-1998-ci illərdə Azərbaycan milli yığmasının da üzvü olub. 1998-ci ildə o, yenidən “Kəpəz” klubuna keçib və bu komanda ilə Çempionlar Liqasının təsnifat mərhələsində və Avrokubokda oynayıb.
 
Qeyd etmək lazımdır ki, Yunis Hüseynov hücumçu mövqeyində oynayıb və futbolçu karyerası ərzində 2 dəfə (1994 və 1998 illərdə) ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülüb. O, “Neftçi”nin heyətində 1992 və 1996-cı illərdə ölkə çempionu, 1997-ci ildə gümüş, 1995 və 1999-cu illərdə isə bürünc mükafatçısı titullarının sahibidir. Həmçinin Hüseynov 1995, 1996 və 1999-cu illərdə Azərbaycan Kubokunun qalibi olub.
 
Futbolçu karyerası ərzində Hüseynov 66 dəfə rəqib qapısına yol tapıb, onun adı Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirlər siyahısında 23-cü yerdə qərarlaşıb.
 
Məşqçi karyerasını Yunis Hüseynov Yevlaxın “Karvan” klubunda başlayıb. Məhz onun rəhbərliyi altında adı çəkilən komanda 2004/05 və 2005/06 mövsümlarında Azərbaycan çempionatının bürünc və gümüş mükafatçısı olub. 2006-cı ildə Avrokuboklara vəsiqə qazanan “Karvan” hətta Slovakiyanın “Spartak” (Tırnava) komandasına qalib gələrək mərhələ adlamışdı.
 
2007-ci ildə Yunis Hüseynov Bakının “Standard” klubunun sükanı arxasına keçdi, ancaq birazdan yenidən “Karvan”a döndü və bu klubdan 2008/09 mövsümün axırında ayrıldı. Həmin vaxtdan heç yerdə rəsmi işləməyib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi