Mübariz Mənsimov “Beşiktaş” prezidentliyindən imtina etdi

Mübariz Mənsimov “Beşiktaş” prezidentliyindən imtina etdi
ÖLKƏ FUTBOLU 24 Fevral 2012 / 19:51 3286
-  A +

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov “Beşiktaş” klubunun prezidentliyinə namizəd olacağıyla bağlı xəbərlərə münasibət bildirib.

Qol.Az-ın palhaber.com saytına istinadən yaydığı məlumata görə, Mənsimov yaydığı açıqlamada bildirib ki, o, çox sevdiyi “Beşiktaş”a xidmət etmək istəsə də, işlərinin çoxluğu səbəbindən buna vaxt ayıra bilməyəcək.

“Öncə onu demək istəyirəm ki, mən yaxşı bir “Beşiktaş”lıyam və komandanın oyunlarını izləyirəm. Klubun prezidenti olmaq istəmirəm. Təəssüflə bildirirəm ki, “Beşiktaş”ın rəhbərliyi üçün işləmək zamanım yoxdur. Ancaq klubuma imkanlarım daxilində kənardan dəstək verməyə çalışıram. “Beşiktaş” klubu sahibsiz deyil. Klubun üzvlərinin də ən layiqli namizədi prezidenliyə gətirəcəyinə şübhəm yoxdur. “Beşiktaş”ımıza uğurlar arzulayır və təkrar-təkrar bildirirəm ki, prezidenliyə namizəd deyiləm”.

Qeyd edək ki, “Beşiktaş”ın hazırkı rəhbəri Yıldırım Dəmirörən Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə əsas namizəddir. O, bu quruma gedəcəyi təqdirdə, “Beşiktaş” prezidentliyinə də seçki keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi