«Xəzər Lənkəran» «Neftçi»nin azarkeşlərini həddini aşmaqda ittiham etdi

ÖLKƏ FUTBOLU 13 Aprel 2009 / 15:43 2679
-  A +

«Dünən keçirilən “Neftçi” - “Xəzər Lənkəran” derbisi həmişəki kimi, dolu tribunalar önündə keçirilməsə də, stadiona yerli standardlarla xeyli adam gəlmişdi. Artıq ilk dəqiqələrdən rəqib komandalarının fanatlarının bir-birinə isti münasibət göstərmədiyi sezilirdi. Prinsipial münasibətlərə baxmayaraq, futbolçular meydanda “feyr-pley” çərçivəsində oynamağa və əsassız kobudluq etməməyə çalışırdılar. Təsadüfi deyil ki, oyun zamanı futbolçular arasında bir dəfə olsun belə çaxnaşma yaranmadı, “Xəzər Lənkəran”lı futbolçular isə xüsusi intizamlılığıyla seçilərək 90 dəqiqə ərzində cəmi bir sarı vərəqəyə (Devran Ayhan) layiq görüldülər». Qol.Az-ın məlumatına görə, bu sözlər «Xəzər Lənkəran» klubunun rəsmi saytında yerləşdirilmiş məlumatdan götürülüb. Bildirilir ki, oyundan sonra olanlar yenə təəssüf doğurub: «Lənkəran səfərlərindən sonra hər zaman “ağ-yaşıl” rənglərə könül verən azarkeşlərin təzyiqi və hücümundən danışan “ağ-qaralar” sevimlilərinin qələbə qazanmasına baxmayaraq, komandamızı rahat buraxmadılar. “Xəzər Lənkəran”ın klub avtobusu hələ stadionun hüdudlarını tərk etməmiş rəqib fanatların hücumuna məruz qalıb, nəqliyyat vasitəsinin şüşəsi sındırılıb».


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi