Berti Foqtsa mesaj: “Zaur Tağızadə milli komandaya çağırılmalıdır”

Berti Foqtsa mesaj: “Zaur Tağızadə milli komandaya çağırılmalıdır”
ÖLKƏ FUTBOLU 13 Aprel 2009 / 14:41 2768
-  A +

“Xəzər Lənkəran”la oyunda Zaur Tağızadənin oyununu xüsusi qeyd edərdim. O, təkcə vurduğu qolla yox, eyni zamanda öz cinahında fəal olması ilə də yadda qaldı. Bundan başqa, bir lider kimi də üzərinə düşən işin də öhdəsindən tam gəldi və oyunu üzərinə götürərək komandanı arxasınca apara bildi”. Bu sözləri Qol.Az-a “Neftçi”nin kapitanı Zaur Tağızadənin dünənki oyunu haqda fikirlərini bölüşən Ağasəlim Mircavadov deyib. Mirvavadov sabiq futbolçusunun milli komandaya çağırılmasını da vacib sayır: “Zaur hər komandaya lazım olan futbolçudur. Dünənki oyunu ilə bunu bir daha sübut etdi. Baxmayaraq ki, zədədən yenicə qayıdıb və uzun müddət idi ki, tam gücü ilə futbol oynamırdı. Mən millimin məşqçilərinə də məsləhət görərdim ki, Zauru komandaya çağırmaq lazımdır. O, bu formanı geyinməyə layiqdir”.

Daha çox


Son xəbərlər