Vurduğu hər qoldan sonra bir ünlü insan ölür

Vurduğu hər qoldan sonra bir ünlü insan ölür
DÜNYA FUTBOLU 15 Fevral 2012 / 11:56 3613
-  A +

Avropa mətbuatında Londonun “Arsenal” klubunun futbolçusu Aoran Remsi barəsində heyrətləndirici yazılar dərc olunmaqdadır.

Qol.Az-ın məlumatına görə, xüsusilə Britaniya mətbuatı “Remsinin lənəti” adlandırdığı ilginc təsadüflərə görə, 22 yaşlı uelsi futbolçunun son iki ildə “Arsenal”da vurduğu hər qoldan sonra dünyanın məşhur insanlarından biri ölür.

Remsinin “Arsenal”da vurduğu qollar və həyatını itirən insanların siyahısı:

1 may, 2011: Remsi “Arsenal” – “Mançester Yunayted” oyununda bir qol vurur, ertəsi günü “Əl Qaidə” lideri Üsəma bin Laden ölür.

2 oktyabr, 2011: Gənc ulduz “Tottonhem”lə oyunda bir dəfə fərqlənir, üç gün sonra “Apple”nin yaradısı Stiv Jobs dünyasını dəyişir.

19 oktyabr, 2011: Uelsli futbolçu Çempionlar Liqasında “Marsel”i 1:0 hesabı ilə məğlub etdikləri oyunda yeganə qolun müəllifi olur. Bir gün sonra Liviya lideri Müəmmar Qəddafi öldürülür.

11 fevral, 2012. “Arsenal”ın səfərdə “Sanderlend”i 2:1 hesabıyla udduğu oyunda Remsi bir qol vurur. Həmin gün axşam məşhur müğənni Uitni Hyuston vəfat edir.

AYAĞI QIRILDI, YÜZLƏRLƏ İNSAN HƏLAK OLDU

Maraqlıdır ki, 2010-cu il fevralın 27-də “Stok Siti”ylə qarşılaşmada Remsinin ayağının qırıldığı gün Çilidə 8,8 bal gücündə zəlzələ qeydə alınmış, sunami baş vermişdi. Bunun nəticəsində yüzlərlə insan həyatını itirmişdi.


Sosial şəbəkələrdə bu maraqlı durumla bağlı şərhlər belədir:

@AntonioFeruzzio: Biriləri Remsinin qol atmasının qarşısını alsın.

@Ozany: Remsi Əzrayıldır.

@Ygt_erkin: Görün, Remsi het-trik edərsə nə olar.

@ac_yaycili: Het-trik etsə, dünyanın sonu gələr.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi