Kasilyas: "Derbilər artıq əvvəlki kimi deyil"

Kasilyas: "Derbilər artıq əvvəlki kimi deyil"
XƏBƏR 13 Yanvar 2012 / 03:47 2703
-  A +

"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas son zamanlar "Barselona" ilə daha çox qarşılaşmalarından şikayətlənib.

Qol.Az-ın məlumatına görə, 30 yaşlı qapıçı İspaniya kubokunun 1/4 finalında qarşılaşacaqları "Barselona" ilə oyuna münasibət bildirib:

"Bu mövsümün əvvəlindən etibarən "Barselona" ilə 3 dəfə qarşılaşmışıq. İspaniya kubokunda yenidən üz-üzə gələcəyik. "Barselona" ilə belə tez-tez görüşməmiz oyuna olan marağı azaldır. Derbilər artıq əvvəlki kimi deyil. Daha öncələr "El-Klassiko" özəl bir matç idi. Getdikcə isə bu duel adiləşir".

Qeyd edək ki, İspaniya kubokunun 1/4 finalında "Real" yanvarın 18-də məhz "Barselona" ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi