Bekhem: "Bir daha "Mançester Yunayted"ə qayıtmayacağam"

Bekhem: "Bir daha "Mançester Yunayted"ə qayıtmayacağam"
XƏBƏR 13 Yanvar 2012 / 03:15 1773
-  A +

Amerikanın "Los Angeles Qalaksi" klubunun futbolçusu Devid Bekhem yenidən "Mançester Yunayted"ə qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, bu xəbərləri təkzib edən 36 yaşlı futbolçu bir daha "Mançester Yunayted"də çıxış etməyəcəyini açıqlayıb:

"Tyeri Anrinin "Arsenal"a qayıdışından sonra mənim də "Mançester Yunayted"ə dönəcəyimlə bağlı xəbərlər yayıldı. Ancaq bu belə deyil. Bir daha "Mançester Yunayted"ə qayıtmayacağam. Sadəcə olaraq, ziyarət üçün Mançesterə gəlmişəm. Amerika liqasında fasilə başa çatan kimi, yenidən komandama qayıdacağam".

Qeyd edək ki, 1993-2003-cü illərdə "Mançester Yunayted"in şərəfini qoruyan Bekhem keçirdiyi 265 oyunda 62 dəfə rəqib qapıçılarını məyus etmişdi.  

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi