Əfran İsmayılov: “3 ildən çoxdur normal istirahət etmirik”

Əfran İsmayılov: “3 ildən çoxdur normal istirahət etmirik”
ÖLKƏ FUTBOLU 14 Dekabr 2011 / 12:15 2651
-  A +

“Çoxları deyir ki,”Qarabağ” klubu əvvəlki kimi sabit çıxış etmir. Mən deyərdim ki, “Qarabağ” həminki komandadır. Sadəcə, son turlarda ələ düşən qol şanslarından istifadə edə bilmirik. Həmin imkanları dəyərləndirsəydik, indi hər kəs bizim çempionatda ən çox top vuran komanda adlandırardı.”

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Komandasının çempionatdakı çıxışları haqda danışan İsmayılov qeyd edib ki, indi əsas məqsədləri “altılıq” da yerlərini möhkəmlətməkdir: “Qarşıda bizi uzun bir marafon gözləyir. Növbəti oyunlarda qələbələr qazanaraq, çempionluq əldə etməyə çalışacağıq. Ən azı komandamızın Avroliqaya vəsiqəni təmin edəcəyini düşünürəm. İndi olanları unudub, yalnız qarşıdakı oyunlara ciddi hazırlaşmalıyq”.

“Qış transfer pəncərəsi zamanı heyətə yeni futbolçuların gətirilməsinə ehtiyac varmı” sualını cavablandıran Əfran İsmayılov bunları deyib: “Məncə çox deyil,1-2 futbolçu cəlb edilsə, yaxşı olar. İstər-istəməz komandanın gücünə güc qatacaq. İlin sonu yaxınlaşdığı üçün özümüzü yorğun hiss edirik. Nə qədər olmasa, həm milli, həm də klubun oyunlarında xeyli güc sərf etmişik. İki turdan sonra bizi 20-25 gün istirahət gözləyir. Qurban müəllim özü də bildirdi ki, bizə istirahət etmək üçün xeyli vaxt verəcək. Artıq 3 ildən çoxdur normal istirahət edə bilmirik. Yaxşı dincələrək, bədənimizdən yorğunluğu çıxardıqdan sonra,Türkiyəyə təlim- məşq toplanışına gedəcəyik. İnşallah, qayıtdıqdan sonra var gücümüzü ortaya qoyaraq,istəyimizə nail olacağımıza inanıram”.

 

Daha çox


Son xəbərlər