UEFA daha bir komandanı cəzalandırdı

UEFA daha bir komandanı cəzalandırdı
XƏBƏR 13 Dekabr 2011 / 17:12 2708
-  A +

UEFA Nizam-İntizam Komitəsi daha bir klubu cəzalandırıb. Qol.Az-ın məumatına görə, ali futbol qurumu bu dəfə Şotlandiyanın "Seltik" klubunu cərimələyib.

Buna isə Avroliqanın qrup mərhələsinin V turu çərçivəsində "Renn" (Fransa) klubu ilə keçirilən oyunda yerli azarkeşlərin irqçi mahnılar oxuması səbəb olub.

Həmin görüşdə baş verənləri araşdıran UEFA "Seltik" klubuna 15 min avro cərimə kəsib.

Qeyd edək ki, UEFA daha öncə Rusiyanın "Zenit" klubunu 50 min avro cəzalandırmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi