Mirbağır İsayev: "Heç kim “Kəpəz”də havayı pul almayacaq"

Mirbağır İsayev: "Heç kim “Kəpəz”də havayı pul almayacaq"
ÖLKƏ FUTBOLU 11 Dekabr 2011 / 18:27 3131
-  A +

“İlk növbədə “Sumqayıt Şəhər” komandasını qələbə münasibəti ilə təbrik edirəm, gələcək oyunlarda uğurlar arzulayıram. “Rəvan”la oyundan sonra futbolçulara “Sumqayıt Şəhər”lə oyunun daha çətin olacağını demişdim. Komanda bugünkü oyunda fiziki cəhətdən zəif idi. Hesabda irəli olsaq da, bu üstünlüyü qoruyub saxlaya bilmədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqasının 16-cı turunun "Sumqayıt Şəhər"ə qarşı keçirilmiş oyunundan sonra "Kəpəz"in baş məşqçisi Mirbağır İsayev deyib.

Xatırladaq ki, "Sumqayıt Şəhər"- "Kəpəz" oyunu 4:1 hesabıyla yekunlaşıb.

İsayev həmçinin deyib ki, kimliyindən asılı olmayaraq, heç kim “Kəpəz”də havayı pul almayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi