İngiltərə kuboku: "Liverpul" və "Mançester Siti" səfərdə tur adladı

İngiltərə kuboku: "Liverpul" və "Mançester Siti" səfərdə tur adladı
DÜNYA FUTBOLU 30 Noyabr 2011 / 02:28 2368
-  A +

Ötən gün İngiltərə kubokunda 3 oyun keçirilib. Qol.Az-ın məlumatına görə, baş tutan 3 oyunda qapılara cəmi 5 qol vurulub.

Öz meydanında "Bləkbörn"lə qarşılaşan "Kardiff" rəqibindən üstün olub. Hər hissədə bir dəfə fərqlənən meydan sahibləri nəticədə 2:0 hesabı ilə qələbə qazanıb.

"Çelsi" isə yenidən "Liverpul"la qarşılaşıb. Lakin tərəflər bu dəfə ölkə kubokunda üz-üzə gəliblər. Bu oyun da "Liverpul"un qələbəsi ilə başa çatıb - 2:0. 

"Arsenal" isə doğma azarkeşləri önündə "Mançester Siti" ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Serxio Aqueronun matçın 84-cü dəqiqəsində vurduğu qol qonaqlara qələbə qazandırıb.

 

29 noyabr

İngiltərə kubokunun oyunları

"Kardiff" - "Bləkbörn" - 2:0
Qollar:
Miller, 19 (1:0), Cerrard, 50 (2:0)

"Çelsi" - "Liverpul" - 0:2
Qollar:
Rodriqez, 58 (0:1), Kelli, 63 (0:2)

"Arsenal" - "Mançester Siti" - 0:1
Qol:
Aquero, 84 (0:1)


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi