Ekspertdən futbol oyunlarının icmalı və təxmini

ETOPAZ 2 Noyabr 2011 / 18:31 2884
-  A +

"Topaz"ın təqdim etdiyi kuponu futbol şərhçisi Doktor Ziya hazırlayıb.

"TRABZONSPOR" – ÇSKA - Qol/Qol


Hər iki klubda əsas hücumçular əla formadadır. Burak Yılmaz Trabzonda “sökür” – Superliqin 7 oyununda 11 (!) qol. Moskvadakı matçı cəzalı olduğuna görə buraxan hücumçu bu gün meydana çıxmalıdır. ÇSKA-da Seydu Dumbiya Rusiya çempionatının iki matçında dalbadal iki het-trik edib! Premyer-liqanın 29 matçında Seydu 22 qol vurub. Rusiyada çoxdandır ki, belə sərrast hücumçu yox idi. Üstəgəl, afrikalı futbolçu Çempionlar Liqasında "Lill" və "Trabzonspor"un qapılarından 4 top keçirib.

"MANÇESTER YUNAYTED" – "OTELUL"

Qolların sayı 4-6, və ya “Mançester Yunayted”in fora ilə qələbəsi

“Man.Siti”dən 1:6 hesablı biabırçı məğlubiyyətdən sonra bu mankunianların “Old Trafford”dakı ilk matçıdır. Burada söhbəti bitirmək də olar. Zarafat bir kənara, “qırmızı şeytanlar” indi öd püskürməyə hazırdırlar. Bu isə rəqibin qapısından imkan dərəcəsində çoxlu top keçirmək məqsədini qoyur. Rumın klubuna bu cür vəziyyətdə azarkeşin ancaq yazığı gəlir.

"Topaz"




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi