Vlastimil Petrjela: “Azərbaycan futbolunun ən böyük problemi taktiki savadsızlıqdır”

Vlastimil Petrjela: “Azərbaycan futbolunun ən böyük problemi taktiki savadsızlıqdır”
ÖLKƏ FUTBOLU 26 Mart 2009 / 12:20 2954
-  A +

"Azərbaycan milli komandasının futbolçuları hazırda fiziki durumlarının zirvə nöqtəsindədirlər. Bununla belə, əminəm ki, Rusiya millisi bu baxımdan Azərbaycandan üstündür”. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri qarşıdakı Rusiya - Azərbaycan oyunu haqda fikirlərini bildirərkən, “Neftçi”nin keçmiş baş məşqçisi Vlastimil Petrjela deyib. Çexiyalı mütəxəssis millimizin lideri qismində Fabio Luis Ramimin adını çəkib: “Azərbaycan millisinin heyətində ən texnikalı futbolçular, milliləşdirilmiş braziliyalılardır. Azərbaycanda futbolunda lider çox azdır. Bu baxımdan braziliyalı Fabio Luis Ramimin adını çəkə bilərəm. O ki qaldı, taktikaya, Azərbaycan millisi bu baxımdan axsayır. Fikrimcə, elə Azərbaycan futbolunun da ən böyük problemi taktiki savadsızlıqdır".   
Sonda Petrjela millimizin baş məşqçisi Berti Foqts haqda fikirlərini bildirib: "Foqts Azərbaycana mən oranı tərk etdikdən sonra gəlib. Ümumiyyətlə, bu günə qədər onunla heç vaxt görüşməmişəm. Amma bilirəm ki, Foqts futbolçu kimi necə güclü, dahi, meydanda sona qədər vuruşan idisə, məqşçi kimi də elədir".

Daha çox


Son xəbərlər